Rusiyalı reper Ciqan 2026-cı ilin sonuna qədər konsertlərdə və korporativ tədbirlərdə iştirak etməyəcək.
Xəbər Yerində “Unikal”a istinadən xəbər verir ki, “Mash” nəşrinin məlumatına görə, hazırda İsraildəki reabilitasiya mərkəzində olan sənətçi müalicəsini davam etdirir.
Məlumata əsasən, reperin Rusiyaya qayıtmasına davam edən qalmaqal və mümkün hüquqi məsuliyyət mane olur.
Qeyd edək ki, iyul ayında Ciqanın Moskva yaxınlığındakı evində işçilərini girov götürərək onlara atəş açdığı bildirilir. Hadisə zamanı sənətçinin övladlarının da evdə olduğu qeyd olunur.
Bundan başqa, reperin keçmiş həyat yoldaşı Oksana Samoylova onun valideynlik hüquqlarından məhrum edilməsi üçün məhkəməyə müraciət edib.

