Xəbər Yerində xəbər verir ki, İstanbulun Maltepe rayonunda 7 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 5-ə yüksəlib.
Məlumata görə, dağıntılar altında aparılan axtarış-xilasetmə əməliyyatları saat 06:15-də başa çatıb.
Hadisə nəticəsində dağıntılar altından üçü uşaq olmaqla 10 nəfər sağ çıxarılıb. Təhlükəsizlik tədbirləri çərçivəsində yaxınlıqdakı 3 bina da təxliyə edilib.
İlkin araşdırmalar zamanı binanın 4 mərtəbəsinin qanunsuz inşa edildiyi müəyyənləşdirilib.
İstintaq çərçivəsində binanın memarı Həsən Balcı və tikinti sahəsinin rəhbəri Mövlud Okumuş nəzarətə götürülüb.

