İstanbulda məktəbdə bıçaqlı hücum: 5 şagird yaralandı

İstanbulda məktəbdə bıçaqlı hücum: 5 şagird yaralandı

“Xəbər Yerində” Unikal.az-a istinadən xəbər verir ki, İstanbulun Başakşehir rayonundakı Şeyx Şamil İmam Hatip Orta Məktəbində bıçaqlı hücum baş verib.

Məlumata görə, şagirdlərdən birinin bıçaqlı hücumu nəticəsində beş qız şagird yaralanıb.

Hadisə yerinə tibbi briqadalar cəlb olunub. Yaralı şagirdlər təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

Hadisəni törətdiyi bildirilən məktəbli polis tərəfindən saxlanılıb.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir