İsrailin hücumları və bölgəyə tətbiq etdiyi blokada fonunda Qəzzada humanitar vəziyyət ağır olaraq qalır. Təxminən doqquz ay əvvəl əldə olunan atəşkəsə baxmayaraq, bölgə sakinləri hələ də qida, su və dərman çatışmazlığından əziyyət çəkir.
Xeberyerinde xarici KİV-ə istinadən xəbər verir ki, humanitar yardımların kifayət etməməsi səbəbindən minlərlə fələstinli hər gün yeməkxanaların qarşısında saatlarla növbə gözləyir. Bir çox hallarda isə insanlar yemək ala bilmədən geri qayıdır.
Xan Yunisdə yaşayan, xərçəng xəstəsi olan Nesrin Əbu Matar beş övladını doyurmaq üçün hər gün yemək paylanan məntəqəyə getdiyini bildirib. Onun sözlərinə görə, səhərdən günortayadək növbədə gözləsə də, bəzən evə əliboş qayıdır.
Digər sakinlər də bildirirlər ki, yanacaq və ərzaq qıtlığı səbəbindən yeməkxanalar ailələrin qidalanması üçün yeganə ümidə çevrilib.
Yardım təşkilatları isə xəbərdarlıq edir ki, blokada davam edər və humanitar yardımlar azalarsa, yemək paylanmasının da dayanmaq təhlükəsi yaranacaq.



