Kartdan-karta köçürmə limiti nağd ödənişləri artıra bilər?

Kartdan-karta köçürmə limiti nağd ödənişləri artıra bilər?

Azərbaycanda kartdan-karta pul köçürmələrinə tətbiq olunan yeni limitlər ictimai müzakirələrə səbəb olub. İqtisadçı Natiq Cəfərli hesab edir ki, bu qərar vergidən yayınmanın qarşısını almaq əvəzinə, nağd ödənişlərin artmasına gətirib çıxara bilər.

Ekspert APA-ya açıqlamasında bildirib ki, qərarın əsas məqsədi vergidən yayınmanın qarşısını almaqdırsa, ilk növbədə bunun səbəbləri araşdırılmalıdır.

Onun sözlərinə görə, məhdudiyyətlərin tətbiqi ilə hansı nəticənin əldə olunmasının hədəfləndiyi kifayət qədər aydın izah edilməyib.

Natiq Cəfərlinin fikrincə, kartdan-karta köçürmə limiti vətəndaşların yenidən nağd hesablaşmalara üstünlük verməsinə səbəb ola bilər.

Ekspert xatırladıb ki, son illərdə, xüsusilə pandemiyadan sonra ölkədə nağdsız ödənişlərin həcmi əhəmiyyətli dərəcədə artmış, vətəndaşların bank kartlarından istifadəsi geniş yayılmışdı. Onun qənaətincə, yeni qaydalar bu tendensiyaya mənfi təsir göstərə bilər.

“Kartdan-karta köçürmələr çətinləşərsə, insanlar bank kartlarındakı vəsaitlərini daha çox nağdlaşdıracaq. Bu isə nağd pul dövriyyəsinin artmasına və nəticədə vergidən yayınma riskinin yüksəlməsinə səbəb ola bilər”, – deyə o vurğulayıb.

Qeyd edək ki, yeni qaydalara əsasən, hər bir ödəniş aləti üzrə gündə maksimum 5 mədaxil əməliyyatıaylıq 20 min manat məbləğində mədaxil limiti müəyyən edilib. Bununla yanaşı, yaxın qohumlar arasında köçürmələr, eləcə də risk profilinə uyğun əsaslandırılmış əməliyyatlar və zəruri sənədlərlə təsdiqlənən hallara bu məhdudiyyətlər şamil olunmur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir