Kartdan-karta pul köçürmələrində komissiya tutulacaq

Kartdan-karta pul köçürmələrində komissiya tutulacaq

Azərbaycanda 2027-ci il aprelin 1-dən kartdan-karta pul köçürmələri üzrə yeni xidmət haqları tətbiq ediləcək. Tariflər köçürülən vəsaitin məbləğindən asılı olaraq dəyişəcək.

Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, yeni qaydalar Banklararası Kart Mərkəzində (BKM) emal olunan kartdan köçürmə və karta köçürmə əməliyyatlarına şamil ediləcək.

Manatla köçürmələrdə xidmət haqqı nə qədər olacaq?

Milli valyutada həyata keçirilən əməliyyatlar üzrə xidmət haqları aşağıdakı kimi müəyyənləşdirilib:

  • 100 manatadək köçürmələr – 3 qəpik;
  • 100,01–1 000 manat – 10 qəpik;
  • 1 000,01–10 000 manat – 50 qəpik;
  • 10 000,01–40 000 manat – 2 manat;
  • 40 000 manatdan yuxarı – 4 manat.

Dollar və avro ilə əməliyyatların tarifləri

Xarici valyutada kartdan-karta və karta köçürmə əməliyyatları üçün də yeni xidmət haqları təsdiqlənib.

Müəyyən edilmiş tariflərə əsasən:

  • 100 vahidədək əməliyyatlar – 0,03 dollar və ya avro;
  • 100 vahiddən yuxarı, 1 000 vahidədək – 0,10 dollar və ya avro;
  • 1 000 vahiddən yuxarı, 10 000 vahidədək – 0,50 dollar və ya avro;
  • 10 000 vahiddən yuxarı, 40 000 vahidədək – 2 dollar və ya avro;
  • 40 000 vahiddən yuxarı – 4 dollar və ya avro.

Hökumət Ödəniş Portalında tariflər fərqli olacaq

Hökumət Ödəniş Portalı vasitəsilə göndərilən ödəniş sərəncamlarının icrası üzrə xidmət haqları isə aşağıdakı məbləğlərdə müəyyən edilib:

  • 100 manatadək köçürmələr – 3 qəpik;
  • 100,01–1 000 manat – 10 qəpik;
  • 1 000,01–10 000 manat – 1 manat;
  • 10 000,01–40 000 manat – 4 manat;
  • 40 000 manatdan yuxarı – 8 manat.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının təsdiqlədiyi sənədə əsasən, kartdan köçürmə və karta köçürmə əməliyyatlarının emalı üzrə xidmət haqlarını ekvayer ödəyəcək. Bu vəsait Mərkəzi Bankın hesabına daxil olacaq.

Yeni tariflər 1 aprel 2027-ci ildən qüvvəyə minəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir