Keçmiş deputat BDU-da tələbə oldu – yeni ixtisas seçdi

Keçmiş deputat BDU-da tələbə oldu – yeni ixtisas seçdi

Azərbaycanın VI çağırış Milli Məclisinin keçmiş deputatı Jalə Əhmədova tələbə adını qazanıb.

Xəbər Yerində xəbər verir ki, Jalə Əhmədova Bakı Dövlət Universitetində (BDU) ikinci ali təhsil alacaq.

Məlumata görə, keçmiş deputat universitetdə “Psixologiya” ixtisası üzrə təhsilini davam etdirəcək.

Qeyd edək ki, Jalə Əhmədova VI çağırış Milli Məclisin deputatı olub. Hazırda isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində müşavir vəzifəsində çalışır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir