Keşlədə sevgilisini öldürən kişi daha sonra özünə xəsarət yetirib

Keşlədə sevgilisini öldürən kişi daha sonra özünə xəsarət yetirib

Bakının Nizami rayonunun Keşlə qəsəbəsində iki gün əvvəl ölüm hadisəsi baş verib.

Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 33 yaşlı E.Orucov və onun 35 yaşlı sevgilisi G.Cəbrayılova həyatını itirib.

Məlumata görə, cütlük bir müddət qeyri-rəsmi münasibətdə yaşayıb. Qadının münasibətə son qoymaq istəməsi tərəflər arasında mübahisəyə səbəb olub.

İddiaya əsasən, mübahisə zamanı E.Orucov G.Cəbrayılovaya bıçaqla xəsarətlər yetirib. Qadın aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.

Bundan sonra kişi özünə də xəsarətlər yetirib. Hadisə yerinə təcili tibbi yardım çağırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata görə, G.Cəbrayılovanın əvvəlki nikahından iki övladı olub.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin digər detalları ilə bağlı daha ətraflı məlumat süjetdə təqdim olunur.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir