Kim Kardaşyanın paylaşımı İvanka Trampla dostluğunu gündəmə gətirdi

Kim Kardaşyanın paylaşımı İvanka Trampla dostluğunu gündəmə gətirdi

Xəbər Yerində Bizim.Media-ya istinadən xəbər verir ki, erməni əsilli model və iş adamı Kim Kardaşyanın ABŞ-da keçirilən aralıq seçkilərdən sonra etdiyi paylaşım sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Demokratların Konqresin hər iki palatasında – Nümayəndələr Palatası və Senatda üstünlük əldə etməsindən sonra Kardaşyan X sosial şəbəkəsində “SABAHIN XEYİR, AMERİKA!” sözlərini yazıb.

Onun bu paylaşımı bəzi istifadəçilər tərəfindən xəyanət kimi qiymətləndirilib. Buna səbəb Kardaşyanın uzun müddətdir ABŞ Prezidenti Donald Trampın qızı İvanka Trampla yaxın dostluq münasibətlərinin olmasıdır.

Sosial şəbəkə istifadəçiləri modelin paylaşımını onun İvanka Trampla dostluğu fonunda tənqid ediblər. Bəzi şərhçilər bu addımın onun əvvəlki siyasi mövqeyi ilə ziddiyyət təşkil etdiyini iddia ediblər.

İstifadəçilərdən biri kinayəli şəkildə belə yazıb:

“Maraqlıdır, o, bunu ən yaxın rəfiqəsi İvankanın vəziyyətini soruşandan əvvəl, yoxsa sonra paylaşıb?”

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir