Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, Qətərdə ölkə üzrə bütün məscidlərdə yağış yağması üçün kollektiv dualar təşkil olunacaq.
Qətər Vəqflər və İslam İşləri Nazirliyinin açıqlamasına görə, ölkə əmiri Şeyx Təmim bin Həməd Əl Sani də əhalini quraqlıq dövründə yağış yağması üçün dua etməyə çağırıb.
Ölkə miqyasında keçiriləcək ibadət yerli vaxtla saat 05:59-da başlayacaq. Müsəlmanlar yağış duasında iştirak etməyə, tövbə etməyə və ehtiyacı olan insanlara sədəqə verməyə dəvət olunublar.
İştirakçılara sadə geyimlərə üstünlük vermək, təvazökarlıq və səmimiyyətlə ibadət etmək tövsiyə edilib.
İstiska duası nədir?
Qeyd edək ki, İslam ənənəsində quraqlıq zamanı yağış diləmək məqsədilə kollektiv şəkildə İstiska duası edilir. Bu ibadət Allahın rəhmətini və yağış yağdırmasını diləmək üçün yerinə yetirilir.

