Oktyabrın 1-də səhər saatlarında Kiyevin Solomyanski rayonunda yerləşən məktəb binasına PUA ilə zərbə endirilib.
Xəbər Yerində Global.aze-yə istinadən xəbər verir ki, hücum nəticəsində məktəbin üçüncü mərtəbəsi səviyyəsində binanın fasadı zədələnib. Zərbədən sonra məktəbdə yanğın da başlayıb.
Şagirdlər sığınacaqda olub
Hadisə zamanı 100-dən çox şagird və təxminən 60 məktəb əməkdaşının binanın sığınacağında olduğu bildirilib.
İlkin məlumatlara əsasən, PUA zərbəsi nəticəsində xəsarət alan olmayıb.
Hadisənin digər təfərrüatları ilə bağlı məlumat verilməyib.

