Ukraynanın paytaxtı Kiyevdə Rusiya ordusunun dron hücumu nəticəsində azyaşlı həyatını itirib.
“Xəbər Yerində” xəbər verir ki, hücum şəhərin Podolsk rayonuna həyata keçirilib.
Məlumata görə, dron açıq əraziyə düşüb. Partlayış nəticəsində yaxınlıqdakı kafeyə də ziyan dəyib.
Hadisə nəticəsində bir azyaşlının öldüyü bildirilir.

