“Sabah”ın oyununa görə metroda xüsusi rejim tətbiq olunacaq
Oktyabrın 20-də Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Çempionlar Liqası matçı ilə əlaqədar Bakı metrosunda xüsusi iş rejimi tətbiq ediləcək.
Xəbər Yerində xəbər verir ki, Globalinfo.az-ın “Bakı Metropoliteni” QSC-yə istinadən yaydığı məlumata görə, “Sabah” FK-nın qarşılaşması ilə əlaqədar stadionun yaxınlığında yerləşən “Koroğlu” stansiyasında əlavə tədbirlər görüləcək.
Belə ki, stansiyaya əlavə işçi qüvvəsi cəlb olunacaq, nəzarət gücləndiriləcək. Həmçinin ehtiyat qatarlar zərurət yaranacağı təqdirdə xəttə buraxılmaq üçün hazır vəziyyətdə saxlanılacaq.
Qeyd olunub ki, Yaşıl və Bənövşəyi xətlər üzrə qatarların hərəkət qrafikində dəyişiklik edilməyəcək.

