Körpəsini tərk etdi, pişik balasını özü ilə apardı – ŞOK

Körpəsini tərk etdi, pişik balasını özü ilə apardı – ŞOK

Xəbər Yerində xəbər verir ki, anasının imtina etdiyi və qolları olmadan dünyaya gələn körpə ilə bağlı yeni məlumatlar ortaya çıxıb.

İyunun 27-də Sabunçu Tibb Mərkəzində doğulan oğlan uşağı anası tərəfindən üç gün sonra tərk edilib. Körpə sentyabrın 12-də Sosial Xidmətlər Agentliyi tərəfindən 1 nömrəli Körpələr Evinə yerləşdirilib.

Körpənin anası ilə eyni palatada olan qadının sözlərinə görə, ana uşağın qollarının olmadığını doğuşdan sonra öyrənib. Bundan sonra körpədən imtina etmək qərarına gəlib.

Şahid qadın körpənin çox gözəl və sakit olduğunu bildirib. Onun sözlərinə görə, uşağa Həsən adı verilib:

“Nur parçası kimi uşaq idi. Çox gözəl uşaq idi və elə baxırdı ki, sanki sevgi istəyirdi”.

Əldə edilən digər məlumata görə, uşağın anasının özünün də ciddi sağlamlıq problemləri olduğu bildirilir. Onun hamiləlik dövründə tibbi müayinələrdən keçmədiyi və buna görə də körpənin anadangəlmə qüsurla dünyaya gələcəyindən xəbərsiz olduğu qeyd olunur.

Maraqlı detal isə qadının xəstəxanadan ayrılmasından sonra yaşanıb. Şahidlərdən birinin sözlərinə görə, həyətə çıxan qadın orada pişik balası görüb və “yazıqdır” deyərək onu özü ilə aparıb.

Hazırda qolsuz doğulan Həsən dövlət himayəsindədir və 1 nömrəli Körpələr Evində yerləşdirilib.

Mənbə: Bizim Media

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir