Kriptovalyuta bazarında eniş davam edir: Bitcoin 63 min dollara gerilədi
Qlobal kriptovalyuta bazarında mənfi dinamika davam edir.
Xeberyerinde Apaya istinadən xəbər verir ki, son 24 saat ərzində bazarın ümumi kapitallaşması 1,84 faiz azalaraq 2,18 trilyon ABŞ dollarına düşüb.
Bazarın ən böyük kriptovalyutası olan Bitcoinin qiyməti 1,58 faiz ucuzlaşaraq 63 507 dollara enib. Ethereum 3,45 faiz geriləyərək 1 851 dollar, BNB isə 1,43 faiz azalaraq 572 dollar olub.
Qızılın qiymətinə bağlı rəqəmsal aktivlər də ucuzlaşıb. Belə ki, Tether Gold 1,12 faiz, PAX Gold isə 1,16 faiz dəyər itirib.
Ən böyük kriptovalyutalar arasında son sutkada ən ciddi eniş Zcashdə qeydə alınıb. Onun qiyməti 5,04 faiz azalıb. Monero isə 0,12 faiz bahalaşaraq müsbət dinamika göstərən nadir aktivlərdən biri olub.
Ekspertlər bazardakı geriləməni investorların riskli aktivlərdən uzaqlaşması, ABŞ-ın pul-kredit siyasəti ilə bağlı qeyri-müəyyənliyin davam etməsi və mənfəətlərin realizasiyasının artması ilə əlaqələndirirlər.
Hazırda bazarda ehtiyatlı əhval-ruhiyyə üstünlük təşkil edir. Qorxu və Tamah İndeksi isə 32 bənd səviyyəsində qalır.

