“Kristal Estetik” klinikası 29 min manat cərimələndi

“Kristal Estetik” klinikası 29 min manat cərimələndi

Tibb müəssisəsində qanunvericiliyin tələblərinin pozulması ilə bağlı inzibati tədbirlər görülüb.

Xəbər Yerində “Oxu.Az”a istinadən xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Bildirilib ki, “Kristal Estetik” klinikasında həyata keçirilən gözüstü dəri artıqlığının götürülməsi prosedurundan sonra şəxsin səhhətinə zərər vurulması ilə bağlı daxil olan müraciət əsasında Xətai Rayon Prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı “Kristal Estetik” MMC tərəfindən vətəndaş Aytəkin Musayevanın əmək müqaviləsi qanunla müəyyən edilmiş qaydada hüquqi qüvvəyə minmədən kosmetoloq vəzifəsində işlərin yerinə yetirilməsinə cəlb edildiyi müəyyən olunub.

Bundan əlavə, A.Musayevanın ali tibb təhsilinin olmadığı, eləcə də vətəndaşa tətbiq edilən prosedurla bağlı tibbi sənədləşmənin aparılmadığı üzə çıxıb.

Faktla bağlı “Kristal Estetik” MMC və cəmiyyətin direktoru Roza Əliyeva barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci və 215.4-cü maddələri ilə inzibati xəta haqqında işlər üzrə icraat başlanıb və baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

Məhkəmənin qərarları ilə “Kristal Estetik” MMC İXM-in 192.1-ci maddəsi ilə 20 min manat, 215.4-cü maddəsi ilə 6 min manat, cəmiyyətin direktoru R.Əliyeva isə həmin Məcəllənin 192.1-ci maddəsi ilə 3 min manat məbləğində inzibati qaydada cərimə edilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir