Xəbər Yerində xəbər verir ki, bir sıra rayonlarda küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq elan olunub.
Narıncı xəbərdarlıq
Bakıda və Abşeron yarımadasında, həmçinin Neftçala və Qobustanda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin əsəcəyi gözlənilir. Küləyin sürətinin saniyədə 20,8-28,4 metrədək güclənəcəyi bildirilir.
Sarı xəbərdarlıq
Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, İsmayıllı, Qəbələ, Hacıqabul, Salyan, Lənkəran, Astara, Cəlilabad, Biləsuvar, Kəlbəcər, Laçın, Culfa, Mingəçevir, Sabirabad, Şirvan, Daşkəsən, Gədəbəy, Naftalan və Goranboyda isə sarı xəbərdarlıq qüvvədə olacaq.
Bu ərazilərdə də şimal-qərb küləyinin əsəcəyi, küləyin sürətinin saniyədə 13,9-20,7 metr təşkil edəcəyi gözlənilir.

