Kəlbəcər rayonunun Laçınla sərhəd ərazisində mina partlayışı baş verib.
Xeberyerinde Report-a istinadən verdiyi məlumata görə, hadisə rayonun Laçınla həmsərhəd ərazisində qeydə alınıb.
Hadisə nəticəsində xoşbəxtlikdən xəsarət alan olmayıb. İlkin məlumata əsasən, üç baş xırdabuynuzlu heyvan zərər görüb.
Qeyd edək ki, sözügedən ərazidə buna bənzər mina partlayışları daha əvvəl də baş verib.

