Xəbər verdiyimiz kimi, iki gün əvvəl Naxçıvanda ağır yol qəzası baş vermişdir.
Naxçıvan-Sədərək magistralının 22-ci kilometrliyində, Kəngərli rayonunun Yeni Kərki kəndi ərazisindən keçən hissəsində baş verən qəzada xəsarət alan 1981-ci il təvəllüdlü Rüqəyyə Seyidova bu gün xəstəxanada həyatını itirib.
Qeyd edək ki, “Hyundai” markalı avtomobil yoldan çıxaraq aşması nəticəsində onun avtomobildə olan 2010-cu il təvəllüdlü övladı da ölmüşdü.
Xəsarət alan digər 4 şəxsin müalicəsi davam edir.
Faktla bağlı araşdırma aparılır.

