Bakının mərkəzində yerləşən Filarmoniya parkında kişi meyiti aşkarlanıb.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə dünən saat 09:00 radələrində İstiqlaliyyət küçəsi 10 ünvanında yerləşən parkda qeydə alınıb.
Məlumata görə, parkda aşkarlanan meyit 1964-cü il təvəllüdlü Bakı şəhər sakini Nazim Xisro oğlu Quliyevə məxsus olub.
İlkin məlumata əsasən, meyitin üzərində zorakılıq əlamətləri müşahidə edilməyib.
Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

