Laçında böyük “Laçın” yazısı tikiləcək – yarım milyon manatlıq layihə

Laçında böyük “Laçın” yazısı tikiləcək – yarım milyon manatlıq layihə

Laçın şəhərində “Laçın” yazısının hazırlanması və quraşdırılması nəzərdə tutulur.

Xeber Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı “Laçın Rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxsi tərəfindən müsabiqə elan edilib.

Müsabiqə çərçivəsində şəhərdə “Laçın” yazısının tikintisi və quraşdırılması həyata keçiriləcək.

Layihənin ehtimal olunan qiyməti 489 667,98 manat müəyyənləşdirilib.

Bu məbləğ satınalmanın ehtimal olunan dəyəridir və işlərin yekun olaraq məhz bu məbləğə həyata keçiriləcəyi anlamına gəlmir.

Satınalma prosesinin nəticəsindən sonra layihəni icra edəcək şirkət müəyyənləşəcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir