Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit oktyabrın 12-də Azərbaycana rəsmi səfərə gəlib.
Xəbər Yerində “Oxu.Az”-a istinadən xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda hər iki ölkənin Dövlət bayraqları dalğalandırılıb və ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Laos Prezidenti Thonqlun Sisuliti hava limanında Azərbaycanın baş nazirinin müavini Samir Şərifov, xarici işlər nazirinin müavini Elnur Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar.

