Oktyabrın 21-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Özbəkistanın Səmərqənd şəhərində səfərdə olub.
Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Leyla Əliyeva “Uşaqların rifahına investisiya: gələcək nəsillərin dayanıqlı və ədalətli inkişafına doğru” Ümumdünya Sammitinin və Uşaq Onkologiyası üzrə İkinci Beynəlxalq Konqresin qonaqları ilə birlikdə “Əbədi şəhər” kompleksi ilə tanış olub.
Səfər çərçivəsində Leyla Əliyeva Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyeva, Türkiyənin birinci xanımı Əminə Ərdoğan və Tacikistanın Baş nazirinin müavini Dilrabo Mansuri ilə görüşüb.
Görüş zamanı səmimi söhbət edən iştirakçılar xatirə fotoları da çəkdiriblər.










