Məşhur azərbaycanlı reper Navai Qazaxıstanda saxlanıldı

Məşhur azərbaycanlı reper Navai Qazaxıstanda saxlanıldı

Rusiyada və postsovet ölkələrində məşhurlaşan azərbaycanlı reper Navai (Nəvai Bəkirov) Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığında şübhəli bilinərək saxlanılıb.

“Xəbər Yerində” Oxu.az-a istinadən xəbər verir ki, ifaçı oktyabrın 13-də Qazaxıstanla Qırğızıstan sərhədində yerləşən “Qorday” sərhəd-keçid məntəqəsində saxlanılıb.

Məlumata görə, reperin avtomobilinə baxış zamanı narkotik vasitə aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb, Navai isə müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.

Narkotikləri Bişkekdə əldə etdiyini bildirib

Son məlumatlara görə, dindirilmə zamanı Navai narkotik vasitələri Qırğızıstanın paytaxtı Bişkek şəhərində əldə etdiyini bildirib.

Qeyd edək ki, reperin oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astanada keçirilməsi planlaşdırılan konserti texniki səbəblərdən ləğv edilib.

Reperi 5 ilədək həbs cəzası gözləyə bilər

Qazaxıstanda narkotik vasitələrin qaçaqmalçılığı ittihamı ilə reperi 5 ilədək həbs cəzası gözləyə bilər.

Hazırda iş üzrə araşdırma davam edir. İfaçının təqsiri məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təsdiqlənməyib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir