Məşhur serialın təsirindən atasını zəhərləməyə çalışdı – 17 yaşlı oğlan saxlanıldı

Məşhur serialın təsirindən atasını zəhərləməyə çalışdı – 17 yaşlı oğlan saxlanıldı

Pakistanda 17 yaşlı oğlan atasını zəhərləməyə cəhd etdiyi və daha sonra hadisəni gizlətmək üçün süni intellektdən istifadə etməyə çalışdığı iddiası ilə saxlanılıb.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, Pakistan Milli Kibercinayətlərin Təhqiqatı Agentliyi gəncin internetdəki fəaliyyətinin avtomatlaşdırılmış sistem vasitəsilə aşkarlandığını açıqlayıb.

Araşdırma nəticəsində onun Bahavalpur şəhərində yaşadığı müəyyənləşdirilib və saxlanıldığı bildirilib.

Evdə laboratoriya qurduğu iddia olunur

İstintaqın ilkin məlumatlarına görə, ailənin yeganə övladı olan gənc atası ilə mübahisə etdikdən sonra kimyaya maraq göstərməyə başlayıb.

Onun “Breaking Bad” serialına baxdıqdan sonra evdə kiçik laboratoriya qurduğu və müxtəlif kimyəvi maddələr əldə etdiyi iddia edilir.

Rəsmilər gəncin hazırladığı maddəni atasına verdiyini, lakin zəhərləmə cəhdinin uğursuz olduğunu bildiriblər. Maddənin tərkibi və onun atanın səhhətinə mümkün təsiri barədə məlumat açıqlanmayıb.

Cinayəti gizlətmək üçün süni intellektdən soruşub

İddiaya görə, hadisədən sonra gənc süni intellekt əsaslı söhbət botundan ölümcül zəhərlənməni aşkarlanmadan həyata keçirməyin yolları barədə məlumat almağa çalışıb.

Səlahiyyətli orqanlar gəncin hansı süni intellekt tətbiqindən istifadə etdiyini və sistemin ona necə cavab verdiyini açıqlamayıb.

Hazırda hadisə ilə bağlı kimyəvi maddələr, zəhərlənmə cəhdi və gəncin onlayn fəaliyyəti araşdırılır.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir