Maaş artımı ilə bağlı gözlənti: 700 min vətəndaşı əhatə edə bilər

Maaş artımı ilə bağlı gözlənti: 700 min vətəndaşı əhatə edə bilər

Xəbər Yerində BAKU.WS-ə istinadən xəbər verir ki, Azərbaycanda minimum əməkhaqqının artırılması dövlət müəssisə və qurumlarında vahid tarif cədvəli ilə çalışan, lakin dövlət qulluqçusu hesab edilməyən şəxslərin də maaşlarına təsir göstərəcək.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.

Maaşlar yeni minimum əməkhaqqına uyğunlaşdırılacaq

Deputatın sözlərinə görə, minimum əməkhaqqının artırılması ilə bağlı Prezidentin müvafiq göstərişi var.

Sənəd imzalandıqdan sonra Nazirlər Kabineti vahid tarif cədvəlinə uyğun olaraq dövlət qurumlarında çalışan, dövlət qulluqçusu statusu olmayan şəxslərin vəzifə maaşlarını yeni minimum əməkhaqqına uyğunlaşdıracaq.

Artım 700 min nəfəri əhatə edə bilər

Vüqar Bayramov ilkin gözləntilərə əsasən, bu dəyişiklik nəticəsində təxminən 700 min vətəndaşın əməkhaqqının artacağını bildirib.

Deputat qeyd edib ki, maaş artımının konkret faizi və məbləği hələlik büdcə sənədində göstərilməyib. Bu rəqəmlərin büdcə qəbul edildikdən sonra Prezident tərəfindən imzalanacaq müvafiq sənəddə açıqlanacağı gözlənilir.

O əlavə edib ki, uşaqlı ailələrə verilən bəzi sosial müavinətlər üzrə artım faizləri və məbləğləri artıq elan olunub.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir