“Xəbər Yerində” xəbər verir ki, xarici mənbələrə görə, sosial şəbəkələrdə yayılan video avtomobilini dəniz suyu ilə yuyan şəxsin başına gələnləri gündəmə gətirib.
Videoda adı açıqlanmayan şəxs avtomobilini dəniz suyu ilə yuduğunu bildirir. O, maşın yuma xərclərinin baha olması səbəbindən bu üsula əl atdığını deyir.
Lakin hadisədən təxminən bir həftə sonra avtomobilin alt hissəsində ciddi zədələnmələr, paslanma və duz izləri meydana çıxıb. Təmir xərclərinin yüksək olduğunu görən şəxs məsələnin hüquqi müstəvidə həllinə çalışaraq məhkəməyə müraciət edib.
O, məhkəmədə avtomobilin istifadə və texniki təlimatlarında dəniz suyu ilə yuyulmanın qadağan edilməsi ilə bağlı hər hansı xəbərdarlığın olmadığını əsas gətirib.
Məhkəmə prosesi ilə bağlı yekun qərar hələ açıqlanmayıb. Hadisənin necə nəticələnəcəyi və avtomobil sahibinin tələbinin təmin olunub-olunmayacağı isə məhkəmənin qərarından sonra bəlli olacaq.
Qeyd edək ki, dəniz suyunun tərkibindəki duz avtomobilin metal hissələrində korroziya və paslanma prosesini sürətləndirə bilər. Bu səbəbdən mütəxəssislər avtomobilin dəniz suyu ilə yuyulmasını tövsiyə etmirlər.

