Mbappe Arda Güləri dəfələrlə çağırdı, türk ulduzun reaksiyası diqqət çəkdi

Mbappe Arda Güləri dəfələrlə çağırdı, türk ulduzun reaksiyası diqqət çəkdi

Xəbər Yerində Türkiyə mətbuatına istinadən xəbər verir ki, “Real Madrid”in “Barselona”nı 2:1 hesabı ilə məğlub etdiyi “El-Klasiko”dan sonra Kilian Mbappenin Arda Gülərə dəfələrlə səsləndiyi anlar diqqət çəkib.

Fransalı ulduz türkiyəli futbolçunu onunla birlikdə getməyə çağırıb. Arda Gülərin isə bu çağırışlar qarşısında sakitliyini qoruması və özünəinamlı davranışı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

Mbappe Ardanı dəfələrlə çağırdı

Matçdan sonra yayılan görüntülərdə Mbappenin Arda Gülərə səslənərək onunla birlikdə getməsini istədiyi görünür.

Fransalı futbolçu türkiyəli oyunçuya dəfələrlə “Gəl, gedək! Arda, gəl, birlikdə çıxaq! Birlikdə gedək! Hadi!” deyə səslənib.

Mbappenin israrlı çağırışları iki futbolçu arasındakı səmimiyyətə diqqət çəkib.

Arda Gülərin soyuqqanlı davranışı gündəm oldu

Görüntülərdə Arda Gülərin rahat və özünəinamlı davranışı da diqqətdən yayınmayıb. Gənc futbolçunun Mbappenin çağırışları zamanı sakitliyini qoruması sosial şəbəkələrdə müxtəlif şərhlərə səbəb olub.

Bəzi istifadəçilər Ardanın davranışını onun “Real Madrid”də qazandığı özünəinamın göstəricisi kimi qiymətləndiriblər.

“Arda artıq bu komandanın ən yaxşısı kimi davranır”, – deyə şərhlərdən birində bildirilib.

Mourinyonun Ardaya baxışları da diqqət çəkdi

Yayılan görüntülərdə Joze Mourinyonun da bir müddət Arda Güləri izlədiyi görünür.

Mbappenin türkiyəli futbolçuya səsləndiyi anlarda Ardanın soyuqqanlılığını qoruması diqqət çəkən məqamlardan biri olub. “El-Klasiko”dan sonra yayılan görüntülər gənc futbolçunun meydandan kənardakı davranışlarını da müzakirə mövzusuna çevirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir