Xəbər Yerində xəbər verir ki, İsmayıllıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə ötən gün saat 22:30 radələrində Qaraməryəm–İsmayıllı–Şəki avtomobil yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.
33 yaşlı İlkin Abdullazadənin idarə etdiyi “Mercedes” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxaraq aşıb. Yol kənarına düşən avtomobildə daha sonra yanğın baş verib.
Qəza zamanı avtomobildə olan İlkin Abdullazadənin 31 yaşlı həyat yoldaşı Münəvvər Abdullazadə hadisə yerində həyatını itirib. Sürücü isə xəsarət alıb.
Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: Apa

