Merts Kiyevdə həlak olan ukraynalı hərbçilərin memorialını ziyarət etdi – VİDEO

Merts Kiyevdə həlak olan ukraynalı hərbçilərin memorialını ziyarət etdi – VİDEO

“Xəbər Yerində” APA-ya istinadən xəbər verir ki, Almaniya kansleri Fridrix Merts Kiyevə səfəri çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə birlikdə bir neçə yerə baş çəkib.

Merts və Zelenski əvvəlcə Kiyevin Müstəqillik Meydanında həlak olan ukraynalı hərbçilərin xatirəsinə yaradılmış müvəqqəti memorialı ziyarət ediblər. Onlar burada müharibədə həyatını itirən hərbçilərin xatirəsini yad ediblər.

Rusiya hücumlarının izlərinə baxdı

Daha sonra Almaniya kansleri və Ukrayna Prezidenti Rusiya dronlarının son hücumları zamanı zərər görmüş Ukrayna Milli Elmlər Akademiyasının inzibati binasına baş çəkiblər.

Fridrix Merts binada yaranmış dağıntılara yerində baxış keçirib.

Qeyd edək ki, Almaniya kansleri səhər saatlarında qatarla Kiyevə gəlib. Onu vağzalda Ukraynanın xarici işlər naziri Andrey Sibiqa qarşılayıb.

Mertsi Almaniyanın iqtisadiyyat və energetika naziri Katerina Rayxe, eləcə də Almaniya şirkətlərinin nümayəndələri müşayiət ediblər.

Kanslerin səfəri Rusiyanın Kiyevə hücumlarını intensivləşdirdiyi vaxta təsadüf edib. Mertsin şəhərə gəlişindən sonra Kiyevdə bir neçə dəfə hava həyəcanı elan olunub və partlayış səsləri eşidilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir