Xəbər Yerində xəbər verir ki, bu gündən etibarən “Xocəsən” və “Avtovağzal” metrostansiyalarına giriş müvəqqəti olaraq ödənişsizdir.
Bu qərar xətlərin ayrılması layihəsi ilə əlaqədar sərnişin axınının tənzimlənməsi və alternativ hərəkət imkanlarının yaradılması məqsədilə qəbul edilib. Sərnişinlər bu stansiyalardan daxil olaraq “8 Noyabr”, “Dərnəgül”, “Azadlıq prospekti”, “Nəsimi”, “Memar Əcəmi”, “20 Yanvar”, “İnşaatçılar”, “Elmlər Akademiyası” və “Nizami” stansiyalarına qədər ödənişsiz hərəkət edə bilirlər.
Mənbə: Bakuplus

