Misir Mərdanov vahid geyim formasına münasibət bildirdi

Misir Mərdanov vahid geyim formasına münasibət bildirdi

“Xəbər Yerində” Modern.az-istinadən xəbər verir ki, Nazirlər Kabinetinin ümumi təhsil müəssisələrində şagirdlər üçün vahid geyim formasının tətbiqi və müəllimlərin geyim qaydalarının müəyyənləşdirilməsi ilə bağlı qərarı ətrafında müzakirələr davam edir.

Qərarın bəzi çevrələr tərəfindən hicabla əlaqələndirilməsi və dini azadlıqların məhdudlaşdırılması kimi təqdim olunması müzakirələrin əsas istiqamətinin dəyişməsinə səbəb olub.

Sabiq təhsil naziri Misir Mərdanov isə qərarı dəstəklədiyini bildirib.

Sabiq nazir Modern.az-a açıqlamasında qərarın Azərbaycan və dövlətçilik baxımından müsbət nəticələr verə biləcəyini deyib.

Misir Mərdanov vurğulayıb ki, qərarda hicabla bağlı hər hansı xüsusi müddəa yoxdur:

“Hesab edirəm ki, qərarın icrası Azərbaycana və Azərbaycan dövlətçiliyinə xeyir gətirə bilər. Burada heç yerdə hicab adı çəkilmir. Qeyd edilir ki, vahid məktəbli forması olmalıdır, vəssalam.”

O qeyd edib ki, məktəblərdə dövlət tərəfindən müəyyənləşdirilən vahid məktəbli forması tətbiq edilməlidir.

“Yoxsa məktəbdə hərə bir şey geyinməli deyil. Məktəb var-dövlət nümayiş etdirmək yeri deyil. Qərarı dəstəkləyirəm və hesab edirəm ki, bundan sonra elə belə də olacaq”, – deyə sabiq nazir əlavə edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir