Azərbaycan Respublikasının ictimai-siyasi həyatında səmərəli fəaliyyətinə və elmi-pedaqoji sahədə böyük xidmətlərinə görə Misir Cumail oğlu Mərdanov “Şərəf” ordeni ilə təltif edilib.
Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı sərəncam imzalayıb.
Sərəncam Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qəbul edilib.

