Pakistanın Səudiyyə Ərəbistanındakı səfirliyi öz vətəndaşlarına sərt xəbərdarlıq edib.
Xeber Yerinde “Qafqazinfo”ya istinadən xəbər verir ki, səfirliyin “X” hesabında yayımlanan məlumatda pakistanlılardan Səudiyyə Ərəbistanının yerli qanunlarına ciddi əməl etmələri tələb olunub.
Bildirilib ki, ölkədə dilənçilik və icazəsiz ianə toplamaq həbs, saxlanılma və deportasiya ilə nəticələnə bilər.
Xəbərdarlığın xüsusilə Məkkə və Mədinə şəhərlərinə səfər edən zəvvarlara aid olduğu vurğulanıb.
Səfirlik bu addımı Səudiyyə Ərəbistanında bir neçə pakistanlının dilənçilik və viza rejimini pozmaqda şübhəli bilinərək saxlanılmasından sonra atıb.
Qeyd edək ki, Səudiyyə Ərəbistanında, xüsusilə Məkkə və Mədinədəki müqəddəs məkanların ətrafında dilənmək və icazəsiz pul toplamaq qanunsuz hesab olunur.

