Reper Nəvai Bəkirov Qazaxıstanda narkotiklərlə bağlı qalmaqaldan sonra özəl tədbirlər üçün tələb etdiyi qonorarın məbləğini artırıb.
Xəbər Yerində Unikal-a istinadən xəbər verir ki, sənətçi çıxışlarının qiymətini 4 milyon rubldan 5 milyon rubla yüksəldib.
Məlumata görə, reper Rusiya turnesi çərçivəsində konsertlərini və Moskvada keçirilməsi planlaşdırılan böyük tədbirini yenidən təşkil etməyə hazırlaşır. Konsert tarixləri oktyabrdan noyabr ayına keçirilib. Biletlərin qiyməti isə 5 min rubldan başlayır.
Narkotik qalmaqalından sonra sərbəst buraxılıb
Qeyd edək ki, oktyabrın 14-də Nəvainin olduğu avtomobildə Qazaxıstana giriş zamanı narkotik maddə aşkarlanıb.
Reper barəsində iki aylıq həbs qərarı çıxarılaraq saxlanılıb. O, məhbuslarla qəddar rəftar halları ilə gündəmə gələn təcridxanaya yerləşdirilib.
Daha sonra sənətçi girov qarşılığında sərbəst buraxılıb.

