Natiq Əliyev Qaradağın yeni icra başçısı kimi təqdim edildi

Natiq Əliyev Qaradağın yeni icra başçısı kimi təqdim edildi

Azərbaycan Prezidentinin Sərəncamı ilə Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilən Natiq Əliyev bu gün kollektivə təqdim olunub.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, təqdimat mərasimi Prezidentin köməkçisi, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyevin iştirakı ilə keçirilib.

Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri də iştirak ediblər.

Çıxış edən Zeynal Nağdəliyev dövlət başçısının yeni icra başçısına ünvanladığı tapşırıq və tövsiyələri diqqətə çatdırıb.

Natiq Əliyev isə ona göstərilən etimada görə təşəkkürünü bildirib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir