Naxçıvanda faciə: 25 yaşlı oğul öldü, anası da acı xəbərə dözmədi

Naxçıvanda faciə: 25 yaşlı oğul öldü, anası da acı xəbərə dözmədi

Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda baş verən faciəli hadisə iki nəfərin ölümü ilə nəticələnib.

Rayonun Vənənd kənd sakini, 25 yaşlı Elvar Babayev səhhətinin qəfil pisləşməsi nəticəsində həyatını itirib. İlkin məlumata görə, gəncin yüksək qan təzyiqi səbəbindən vəfat etdiyi bildirilir.

Elvarın ölüm xəbəri ailəsinə çatdırıldıqdan qısa müddət sonra anası Fatimə Babayeva da ürək tutması keçirərək dünyasını dəyişib. Bildirilir ki, o, oğlunun qəfil vəfatı xəbərindən ağır sarsıntı keçirib.

Hadisə rayon sakinləri arasında böyük üzüntüyə səbəb olub.

Mənbə: Qafqazinfo

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir