Nepalda iki helikopter toqquşdu: Ölən və yaralananlar var – VİDEO

Nepalda iki helikopter toqquşdu: Ölən və yaralananlar var – VİDEO

Xəbər Yerində xarici mediyaya istinadən xəbər verir ki, hadisə yerli vaxtla saat 08:11 radələrində, Khumbu Pasanglhamu kənd bələdiyyəsinin 4-cü ərazisində yerləşən Pheriche helikopter meydançasında qeydə alınıb.

Məlumata görə, Air Dynasty şirkətinə məxsus helikopter Lukla hava limanından, Fishtail Air şirkətinin helikopteri isə Gorakshepdən uçaraq əraziyə gəlib. Hər iki hava gəmisi eniş etdiyi zaman toqquşub.

Ölən şəxsin kimliyi məlum olub

Qəza nəticəsində Hindistanın Tamil Nadu ştatının Çennai şəhərindən olan, təxminən 47 yaşlı Basantkumar Balaramudu həyatını itirib. O, Fishtail Air şirkətinə məxsus helikopterdə olub.

Hadisə zamanı üç nəfər – Yeni Zelandiya vətəndaşı Selish Kumar Patel, Fishtail Air helikopterinin pilotu Rabindra Prajapati və Air Dynasty helikopterinin pilotu Prajwal KC xəsarət alıb.

Yaralılardan ikisi müalicə üçün Katmandudakı Medicity Hospital-a, digər pilot isə Lukladakı xəstəxanaya aparılıb.

Qəzanın səbəbi araşdırılır

İlkin məlumatlara əsasən, helikopterlər eniş zamanı toqquşublar. Hadisənin dəqiq səbəbi hələ müəyyən edilməyib.

Qeyd edək ki, Everest bölgəsində turistlərin və alpinistlərin daşınması, eləcə də xilasetmə əməliyyatları zamanı helikopterlərdən geniş istifadə olunur. Pheriche kəndi dəniz səviyyəsindən təxminən 4 200 metr yüksəklikdə yerləşir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir