İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-la danışıqlar zamanı İrana qarşı genişmiqyaslı hərbi əməliyyatların yenidən başlanmasını və “başlanan işin tamamlanmasını” tələb edir.
Xəbər Yerində Apa-ya istinadən xəbər verir ki, Netanyahu İranla bağlı sərt mövqeyini Vaşinqtonla təmaslarında da müdafiə edir.
Nəşrin mənbələrinin məlumatına görə, ABŞ Prezidenti Donald Tramp İsrail tərəfinə noyabrın 3-də keçiriləcək Konqresə aralıq seçkilərindən əvvəl Vaşinqtonun gərginliyi artıracaq addımlar atmaq niyyətində olmadığını bildirib.
“Financial Times” yazır ki, İranla hərbi əməliyyatların yenidən başlanması ehtimalının müzakirə edilməsi Tehrana təzyiq göstərmək və ondan güzəştlər əldə etmək məqsədi daşıyan taktiki gediş də ola bilər.
Məlumata əsasən, Netanyahu İranla bağlı “başlanan işi tamamlamaq” mövqeyini irəli sürür. Bununla belə, hərbi əməliyyatların bərpası ilə bağlı yekun qərarın qəbul edildiyinə dair məlumat verilməyib.

