“Xəbər Yerində” Qafqazinfo-ya istinadən xəbər verir ki, “AİD Group” xaricdə təhsil şirkətinin həbsdə olan faktiki rəhbəri Samir Yəhyazadə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) istintaq təcridxanasından Bakı İstintaq Təcridxanasına köçürülüb.
Məlumata görə, məhkəmə təqsirləndirilən şəxsin müraciəti əsasında belə qərar qəbul edib.
Samir Yəhyazadənin iki ay müddətinə “Kürdəxanı türməsi” kimi tanınan Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə qərar verilib.
Samir Yəhyazadə 3 ay əvvəl həbs edilib
Qeyd edək ki, Samir Yəhyazadə təxminən üç ay əvvəl DTX tərəfindən saxlanılaraq həbs edilib.
O, həyat yoldaşı, aparıcı Nigar Fərhadla birlikdə külli miqdarda dələduzluqda ittiham olunur.
Cinayət işi üzrə zərərçəkmişlərin əksəriyyətinin xaricdə təhsil almaq məqsədilə “AİD Group”a müraciət edən şəxslər olduğu bildirilir.
Nigar Fərhad barəsində isə “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilib.
Cinayət işi Baş Prokurorluqda araşdırılır
Hazırda “AİD Group”la bağlı cinayət işi Baş Prokurorluğun İstintaq İdarəsində araşdırılır.

