Nihad Şıxəliyevə “ədliyyə general-mayoru” rütbəsi təqdim edildi

Nihad Şıxəliyevə “ədliyyə general-mayoru” rütbəsi təqdim edildi

Xəbər Yerində xəbər verir ki, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşlarına ali xüsusi və ali hərbi rütbələrin verilməsi ilə bağlı imzaladığı Sərəncama əsasən, Nihad Ənvər oğlu Şıxəliyevə “ədliyyə general-mayoru” ali hərbi rütbəsi verilib.

Rütbə tədbirdə təqdim olunub

Nihad Şıxəliyev 2025-ci ilin iyul ayından Azərbaycan Respublikası Hərbi prokurorunun müavini vəzifəsində çalışır.

Bundan əvvəl isə o, Hərbi Prokurorluğun Ərizə və müraciətlər şöbəsinin rəisi vəzifəsini tutub.

Bu gün prokurorluq orqanlarının yaradılması günü münasibətilə keçirilən tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev “ədliyyə general-mayoru” ali hərbi rütbəsini Nihad Şıxəliyevə təqdim edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir