Xəbər Yerində xəbər verir ki, noyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq. Əsasən yağmursuz hava gözlənilir.
Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, səhər saatlarında bəzi yerlərdə zəif duman və az çiskin müşahidə ediləcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 13-16°, gündüz 18-20° isti olacaq.
Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75%, gündüz 60-65% təşkil edəcək.
Rayonlarda hava necə olacaq?
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı və şimşək çaxacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman müşahidə ediləcək. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 11-16°, gündüz 19-23° isti olacaq. Dağlıq ərazilərdə isə gecə 3-8°, gündüz 13-18° isti qeydə alınacaq.

