Oğurlanan filmə görə Netflix-i 105 milyon dollarlıq məhkəmə gözləyir

Oğurlanan filmə görə Netflix-i 105 milyon dollarlıq məhkəmə gözləyir

ABŞ-də Netflixin Los-Ancelesdəki ofisində baş verən oğurluq zamanı bir neçə sabit disk oğurlanıb. Disklərdən birində büdcəsi 45 milyon dollar olan “Fortitude” adlı casus filminin rəqəmsal nüsxəsinin olduğu bildirilir.

Xarici KİV-in məlumatına görə, hadisədən sonra filmin prodüser şirkəti Netflix-i məsuliyyətli hesab edərək məhkəməyə müraciət edib.

Netflix isə iddiaları rədd edərək, filmin təhlükəsizliyinin sənaye standartlarına uyğun qorunduğunu və məzmunun yayılmasının qarşısını almaq üçün, o cümlədən pirat saytların monitorinqi istiqamətində tədbirlər görüldüyünü açıqlayıb.

Məlumata görə, filmin daxili nümayişindən sonra rəqəmsal faylların silinməsi tapşırılsa da, oğurluq məhz bundan sonra baş verib. Şirkət rəhbərliyi bunun Netflix tarixində ilk belə hadisə olduğunu bildirib.

Qeyd edək ki, Simon Westin rejissoru olduğu “Fortitude” filmində Nicolas Cage, Matthew Goode, Michael SheenBen Kingsley rol alırlar.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir