Xəbər Yerində Qafqazinfo-ya istinadən xəbər verir ki, üç gün əvvəl Oğuzda meşəlik ərazidə yanmış meyiti tapılan Aqil Rəsulovun ailəsində daha əvvəl də oxşar hadisələr baş verib.
Məlumata görə, A.Rəsulov Həbib Babayev adına 1 nömrəli tam orta məktəbdə təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışıb.
Onun atası və əmisi oğlu da daha əvvəl oxşar şəkildə vəfat ediblər.
Qeyd edək ki, 1965-ci il təvəllüdlü Aqil Rəsulovun yanmış meyiti oktyabrın 31-də səhər saatlarında Oğuz şəhərinin meşəlik ərazisində aşkarlanıb.
Hadisənin hansı şəraitdə baş verdiyi hələlik məlum deyil. Faktla bağlı Oğuz Rayon Prokurorluğunda araşdırma aparılır.


