Ombudsman seçkisi: Prezident 3 namizəd irəli sürdü

Ombudsman seçkisi: Prezident 3 namizəd irəli sürdü

Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlərin məsələsi müzakirəyə çıxarılıb.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, məsələ Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında müzakirə olunub.

Prezident İlham Əliyev tərəfindən Milli Məclisə göndərilən sənəddə Ombudsman vəzifəsinə üç nəfərin namizədliyi irəli sürülüb.

Namizədlər hazırkı Ombudsman Səbinə Əliyeva, Konstitusiya Məhkəməsinin keçmiş hakimi, hüquq elmləri doktoru, professor Ceyhun Qaracayev və Ali Məhkəmənin hakimi, Hakimlərin Seçki Komitəsinin üzvü Elşanə Vəliyevadır.

Qeyd edək ki, Ombudsman 7 il müddətinə seçilir və eyni şəxs bu vəzifəyə iki dəfədən artıq seçilə bilməz. Səbinə Əliyeva 29 noyabr 2019-cu ildə Ombudsman vəzifəsinə seçilib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir