Onlayn kredit götürənlərə ŞAD XƏBƏR: Yeni qayda bu gündən qüvvədədir

Onlayn kredit götürənlərə ŞAD XƏBƏR: Yeni qayda bu gündən qüvvədədir

Oktyabrın 1-dən məsafədən istehlak kreditlərinin rəsmiləşdirilməsi və kredit limitlərinin onlayn artırılması ilə bağlı yeni tələblər tətbiq ediləcək.

Xəbər Yerində Oxu.Az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov aprelin 28-də “Banklarda kredit risklərinin idarə edilməsi Qaydası”na, eləcə də “Bank olmayan kredit təşkilatlarında kredit risklərinin idarə edilməsi Qaydası”na dəyişikliklərin edilməsi barədə qərar imzalayıb.

Vətəndaşlar onlayn kreditə məhdudiyyət qoya biləcək

Dəyişikliklərə əsasən, vətəndaşlar banka və ya bank olmayan kredit təşkilatına müraciət etməklə öz adlarına məsafədən istehlak kreditinin rəsmiləşdirilməsini və mövcud kredit limitinin onlayn şəkildə artırılmasını məhdudlaşdıra biləcəklər.

Tətbiq edilən məhdudiyyət yalnız müştərinin banka fiziki iştirakı ilə etdiyi yazılı müraciət, gücləndirilmiş elektron imza və ya gücləndirilmiş müştəri autentifikasiyası vasitəsilə təqdim etdiyi müraciət əsasında ləğv edilə bilər.

Kredit verilməzdən əvvəl əlavə yoxlama aparılacaq

Yeni tələblərə görə, banklar və BOKT-lar müştəriyə kredit ayırmazdan əvvəl onun məsafədən kredit götürməsinə və ya kredit limitini onlayn artırmasına məhdudiyyət qoyub-qoymadığını yoxlamalı olacaqlar.

Bu yoxlama həm bankın və ya BOKT-un öz informasiya sistemində, həm də kredit bürosunun informasiya sistemində aparılacaq.

Kredit vəsaiti dərhal hesaba köçürülməyəcək

Yeni qaydaların əsas yeniliklərindən biri də məsafədən istehlak krediti rəsmiləşdirildikdən sonra vəsaitin dərhal təqdim edilməməsidir.

Belə ki, gün ərzində rəsmiləşdirilən və ya artırılan kredit məbləği minimum əməkhaqqının iki mislinədək olduğu halda, vəsait müştəriyə 2 saat sonra təqdim ediləcək.

Kredit məbləği minimum əməkhaqqının iki mislindən çox olduqda isə vəsaitin təqdim edilməsi üçün 24 saatlıq müddət nəzərdə tutulur.

Yeni tələblər həm banklara, həm də bank olmayan kredit təşkilatlarına şamil ediləcək.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir