Qusarda 21 yaşlı qadının ölümünə səbəb olan həkim cəzalandırıldı

Qusarda 21 yaşlı qadının ölümünə səbəb olan həkim cəzalandırıldı

2023-cü ildə Qusar Rayon Mərkəzi Xəstəxanasında 2002-ci il təvəllüdlü Aysel Babayevanın ölümü ilə bağlı açılan cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xəbər Yerində “Qafqazinfo”ya istinadən xəbər verir ki, iş üzrə xəstəxananın doğum şöbəsinin mama-ginekoloqu, 1961-ci il təvəllüdlü Elmira Əsgərova təqsirləndirilən şəxs qismində məhkəmə qarşısına çıxarılıb.

Həkimə 1 il həbs cəzası verildi

Qusar Rayon Məhkəməsində keçirilən prosesdə Elmira Əsgərova Cinayət Məcəlləsinin 314.2-ci maddəsi ilə — səhlənkarlığın şəxsin ölümünə səbəb olması ilə bağlı təqsirli bilinib.

Məhkəmə araşdırması zamanı Aysel Babayevanın vaxtında və düzgün tibbi xidmət göstərilməməsi nəticəsində yaranan ağciyər trombozundan vəfat etdiyi müəyyənləşib.

Hökmə əsasən, Elmira Əsgərova 1 il müddətinə azadlıqdan məhrum edilib. Lakin təyin olunan cəza 6 ay sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.

Aysel xəstəxanaya hamiləlik planlaşdırılması üçün müraciət etmişdi

Qeyd edək ki, Aysel Babayeva ölümündən əvvəl təxminən 2 il idi ailə həyatı qurmuşdu.

Məlumata görə, gənc qadın Qusar Rayon Mərkəzi Xəstəxanasına hamiləlik planlaşdırılması və stimulyasiya məqsədilə müraciət edib.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir