Paşinyan istefa verdi!

Paşinyan istefa verdi!

Ermənistan hökuməti Konstitusiyanın tələbinə uyğun olaraq istefa verib.

Xeberyerinde xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan videomüraciətində məlumat verib.

Paşinyan bildirib ki, yeni – IX çağırış Milli Assambleyanın ilk iclası başlayıb və Konstitusiyanın 158-ci maddəsinə əsasən parlament fəaliyyətə başladığı ilk gün hökumət istefa verməlidir.

Baş nazir qeyd edib ki, bununla bağlı istefa ərizəsini imzalayaraq ölkə prezidentinə təqdim edib və hökumətin istefasının qəbul edilməsini xahiş edib.

O əlavə edib ki, yeni hökumət formalaşdırılanadək Nazirlər Kabinetinin üzvləri öz vəzifələrini icra etməyə davam edəcəklər.

Paşinyanın sözlərinə görə, Konstitusiyanın 149-cu maddəsinə əsasən parlament çoxluğu baş nazir vəzifəsinə namizədi təqdim edəcək və prezident həmin namizədi dərhal baş nazir təyin edəcək. Bu prosedurun bu gün həyata keçirilməsi gözlənilir.

Related Articles

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir