Xəbər Yerində xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan əlavə olaraq rus dili kurslarına qatıldığını açıqlayıb.
Paşinyan bu barədə hökumətin iclasında dövlət qulluqçularının xarici dil bilikləri ilə bağlı məsələ müzakirə edilərkən danışıb.
Baş nazir dövlət qulluqçularının daha səmərəli fəaliyyət göstərməsi üçün xarici dilləri, xüsusilə ingilis dilini öyrənmələrinin vacib olduğunu bildirib. O, xarici dil biliklərinin dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınmasını təklif edib.
Paşinyan özünün də hazırda Dövlət İdarəçilik Akademiyasında rus dili dərslərinə qatıldığını deyib. O, digər dövlət qulluqçularının isə yapon, çin, ispan və ya alman dillərini öyrənə biləcəyini qeyd edib.
Mənbə: Unikal.az

