“Xəbər Yerində” “Qafqazinfo”ya istinadən xəbər verir ki, Ermənistan itkin düşmüş şəxslərin axtarışı və onların taleyinə aydınlıq gətirilməsi məsələsində Azərbaycanla əməkdaşlığa hazırdır.
Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi brifinqdə açıqlayıb.
Ermənistanda təxminən 1000 itkin var
Paşinyan Ermənistandan təxminən 1000 nəfərin itkin düşmüş şəxs kimi qeydə alındığını bildirib.
Baş nazir məsələni daim diqqət mərkəzində saxladıqlarını vurğulayıb.
O qeyd edib ki, bu istiqamətdə Azərbaycan və Ermənistanın müvafiq komissiyaları daha sıx əməkdaşlıq edə bilər.
Paşinyanın sözlərinə görə, əsas problem isə itkin düşmüş şəxslərlə bağlı məlumatların kifayət qədər olmamasıdır.

